14 
Noy
2018
12:43
173
87
12790
Virtual karabakh

Rubl kəskin ucuzlaşdı

14 Noy, 2018
12:43
12790

Rubl kəskin ucuzlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftin ucuzlaşması rubla birbaşa təsir edib və nəticədə, Rusiya valyutasının məzənnəsi kəskin ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, bu ilin aprelindən bəri ilk dəfə “Brent” markalı neftin bir barelinin qiyməti 3,5 dollar ucuzlaşıb və nəticədə, Rusiya rublu dollar və avro qarşısında kəskin ucuzlaşıb.

Neft alqı-satqısının düşməsi fonunda Moskva birjalarında dollar 67,35 rubldan 68,15 rubla qədər bahalaşıb. Avronun məzənnəsi də rublun uuczlaşması fonunda 76,7875-ə qədər yüksəlib. 

Hazırda Rusiya bankları arasında dollar satışını 69,50-yə belə təqdim edən var. Bankların əksəriyyəti isə dolları 68,41-68,50 arasında dəyişirlər. 

İlhamə Abdullayeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri