15 
Noy
2018
14:00
78
46
2567
Virtual karabakh

“Georgia Today” Azərbaycanda turizmin inkişafı barədə

15 Noy, 2018
14:00
2567

“Georgia Today” Azərbaycanda turizmin inkişafı barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan turizm sahəsinin inkişafı yönündə vacib islahatlar həyata keçirir. Turizm Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində əsas sektorlardan birinə çevrilib. Turizmin inkişafı yeni iş yerlərinin açılmasına, yolların və mehmanxanaların tikilməsinə, bütün nəqliyyat növlərinin istehsalının stimullaşdırılmasına, milli mədəniyyət nümunələrinin qorunmasına və tanıdılmasına imkan yaradır. Başqa sözlə, turizm sosial-iqtisadi inkişafın katalizatorudur. 

Oxu.Az xəbər verir ki, bu fikirlər “Georgia Today” nəşrində dərc edilmiş “Azerbaijan Boosts Its Image as a Tourism Destination” adlı məqalədə yer alıb.

Məqalədə qeyd edilir ki, bu gün Azərbaycan dünya səviyyəsində yeni cəlbedici turizm istiqaməti kimi tanınır. Əcnəbi qonaqlar Azərbaycandakı infrastrukturu, unikal memarlığı, bütün sahələrdə müşahidə olunan tərəqqini, qədim tarixi və çoxəsrlik zəngin mətbəxi, eləcə də, sabitliyi, təhlükəsizliyi və komfortu yüksək qiymətləndirirlər.

“Turizm ölkəyə müxtəlif xarici investisiyaların cəlb olunmasına da vasitə olur. Əhalinin gəlirləri artır və rifahı yüksəlir”, - deyə məqalədə qeyd edilib.

“Azərbaycan qədim məbədlərin müasir və ən yaxşı memarlar tərəfindən inşa edilmiş göydələnlərlə çiyin-çiyinə dayandığı ölkədir. Bakının obrazı öz qeyri-adiliyi, eyni zamanda, keçmişlə bu günün uğurlu harmoniyası ilə fərqlənir”.

Məqalədə qeyd edilir ki, Azərbaycan “Excel London”da təşkil olunan beynəlxalq “World Travel Market” turizm sərgisində iştirak edib. Bu sərgidə Azərbaycan bürosu ölkənin yeni turizm brendinin - “Take Another Look” marketinq şirkətinin təqdimatını edib. Təqdimat müxtəlif ölkələrin nümayəndələrini, aparıcı ekspertləri və jurnalistləri maraqlandırıb.

Bu nüfuzlu sərgidə iştirakın əsas məqsədi beynəlxalq bazara daha çox turizm layihələri çıxarmaq, dünyada tanınan brend olmaq və Azərbaycanın unikal maddi, mənəvi irsini tanıtmaqdan ibarətdir.

“Ölkənin müxtəlif regionlarında müasir tələblərə cavab verən yeni yol-nəqliyyat infrastrukturunun və mehmanxanaların tikilməsi yerli və əcnəbi turistlərin Azərbaycan regionlarına marağını artırır.

Ölkə başçısı İlham Əliyevin 2018-ci il 20 aprel tarixində imzaladığı fərmana görə, Dövlət Turizm Agentliyi yaradılıb. Turizm Azərbaycanda prioritet istiqamət olaraq təyin edilib və milli əhəmiyyətli sahə hesab olunur”, - deyə “Georgia Today” yazır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri