Dek
2018
17:51
133
31
8010
Virtual karabakh

Kənd təsərrüfatına bir il möhlət verildi

3 Dek, 2018
17:51
8010

Kənd təsərrüfatına bir il möhlət verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəlirlərin və məhsulların uçotunun aparılması öhdəliyi kənd təsərrüfatı sektoruna da aiddir. 

Oxu.Az xəbər verir ki, uçotu dəqiq aparmayan, xərc və gəlirlərini düzgün göstərməyən vergi ödəyicilərinə qarşı cərimələr daha ciddi rəqəmlərlə ifadə olunur. 

Lakin bu vergi inzibatçılığı tədbirlərini qarşılamağa kənd təsərrüfatı sektoru hazırdırmı?

Görünür, cavab mənfi olduğundan Vergilər Nazirliyi kənd təsərrüfatına istisna mövqe nümayiş etdirib. Vergilər Nazirliyi Vergi Siyasəti Departamentinin rəhbəri Samirə Musayevanın sözlərinə görə, 2019-cu il kənd təsərrüfatında hazırlıq dövrü olacaq:  

“Kənd təsərrüfatı sektoru daxili məhsulun formalaşmasında böyük paya malik olan subyektlərdir. 2019-cu ildə kənd təsərrüfatı sektorunda məhsulların uçotunun aparılması üzrə maarifləndirmə, vərdişlərin artırılması ilə bağlı işlər davam etdiriləcək. Onlara qarşı maliyyə sanksiyaları isə 1 yanvar 2020-ci ildən başlayacaq”. 

İlhamə Abdullayeva 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri