Dek
2018
10:46
49
54
3821
Virtual karabakh

Bakıda informasiya texnologiyaları sərgisi açıldı - FOTO

4 Dek, 2018
10:46
3821

Bakıda informasiya texnologiyaları sərgisi açıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda informasiya texnologiyaları sərgisi öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, tədbiri giriş çıxışı ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, bu, artıq Bakıda keçirilən sayca 24-cü beynəlxalq sərgidir.

O deyib ki, “Bakutel” ən son texnologiyaların nümayiş etdirildiyi bir sərgidir:

“Azərbaycan prezidenti İKT-nin son uğurlarının ölkəmizdə tətbiq edilməsinə xüsusi diqqət yetirir. Azərbaycanda ən yüksək təhlükəsizlik parametrlərinə malik regional data mərkəz fəaliyyət göstərir.

“Azərpoçt” beynəlxalq poçt daşımaları sahəsində çalışır. Ən müasir texnologiyanın tətbiqi üçün bütün imkanlar var. Sərgi həm də son texnologiyaların Azərbaycanda tanınmasına, yerli bazarın inkişafına təkan verir”.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri