Dek
2018
12:15
25
271
4684
Virtual karabakh

Nazir: Azərbaycanın çox güclü manata ehtiyacı yoxdur

5 Dek, 2018
12:15
4684

Nazir: Azərbaycanın çox güclü manata ehtiyacı yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil.

Oxu.Az xəbər verir ki, maliyyə naziri Samir Şərifov hesab edir ki, güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. 

“Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”. 

Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət “makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.

2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində 0,01% möhkəmlənib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri