Dek
2018
15:09
15
127
3328
Virtual karabakh

Dollarda olan problemli kreditlər azalıb - İNFOQRAM

5 Dek, 2018
15:09
3328

Dollarda olan problemli kreditlər azalıb - İNFOQRAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmində qismən azalma hiss olunur.

Oxu.Az xəbər verir ki, bu azalma, əsasən, dollarla olan və qaytarılmayan qısamüddətli və uzunmüddətli kreditlərin məbləğində azalma ilə bağlıdır. Belə görünür ki, dollarla krediti olan şəxslərin bir qismi artıq onun ödənilməsinə başlayıblar. 

Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən, gecikmiş kreditlərin bu il noyabrın 1-nə olan məbləği 1 698,6 mln. manat təşkil edir.

İlin əvvəlinə bu rəqəm 1 milyard 695 milyon manat təşkil edirdi. Yəni bu ilin 10 ayında gecikmiş kreditlər 4,4% artıb, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% azalıb.

 

 

 

 

Qeyd edək ki, ölkə üzrə ümumi kredit portfelinin həcmi 12 milyard 281 milyon manatdır, problemli kreditlərin ümumi kredit portfelində payı 13,8% təşkil edir. 

Milli valyutada olan kreditlərin həcmi 7 milyard 640 milyon manatdır və bunun 821 milyon manatı gecikmiş kreditlərdir. Xarici valyutada verilən kreditlərin cəmi həcmi 4 milyard 641 milyon manatdır və bunun 878 milyon manatı vaxtında qaytarılmayan vəsaitlərdir.  

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri