Dek
2018
14:42
10
194
3683
Virtual karabakh

Samir Şərifov: Borc götürməmək mümkün deyil - VİDEO

Xarici dövlət borcuna münasibətdə Azərbaycan Maliyyə Nazirliyi konservativ mövqe tutmağa çalışır.

Oxu.Az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, sxem çox sadədir: az borc götürürük, çünki götürməmək mümkün deyil, bütün dünya bu sxemlə işləyir, çalışacağıq ki, hər il xaricə ödədiyimiz borc cəlb etdiyimiz borcdan yüksək olsun. 

Nazirin sözlərinə görə, nəticədə, xarici dövlət borcunun səviyyəsi ümumdaxili məhsula olan nisbəti daha da endiriləcək və beləliklə, optimal bir həddə düşəcək.

S.Şərifov Azərbaycanın xalis maliyyə aktivlərinin yüksək olduğunu vurğulayaraq, vəsaitə ehtiyac olmadığı təqdirdə belə süni şəkildə dövlətin borclanmasının bəzən əhəmiyyət daşıdığını qeyd edib. 

İlhamə Abdullayeva  
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri