Dek
2018
17:18
18
313
2465
Virtual karabakh

Rövnəq Abdullayev: Milliləşdirilmə öhdəlikləri yerinə yetirilib

Bu gün SOCAR və “BP-Azərbaycan” şirkətinin dəstəyi ilə “Neft sənayesində milliləşdirmə strategiyası”na həsr olunmuş tədbir keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən neft-qaz sektorunun milliləşdirilmə öhdəlikləri yerinə yetirilib və göstəricilər çox yüksəkdir.

Onun sözlərinə görə, hazırda BP şirkətində işçi heyətinin 90 faizi yerli kadrlardan ibarətdir: 

“Yerli əmək bazarında müasir bilik və bacarıqlara sahib olan milli kadrların yetişdirilməsi üçün görülən işlər uğurlu nəticələrini verdi. Hazırda Bakı Ali Neft Məktəbini bitirən məzunların 100 faizi də işlə təmin olunur. Onlardan bir çoxu xaricdə çalışır. Əminəm ki, milliləşdirmə strategiyasının yekun nəticələri sayəsində xaricə daha çox kadr göndərə biləcəyik. 

Hədəf neft-qaz sektorunun inkişafında yerli kadrların inkişaf potensialını daha da yüksəltməkdir”. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns qeyd edib ki, qarşıya qoyulan hədəfə nail olduqları üçün qürur duyur:

“Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində  iştirakımızı bundan sonra da dəstəkləyəcəyik”.

BP rəsmisinin sözlərinə görə, son 5 ildə şirkətdə yüksək vəzifədə işləyən azərbaycanlı rəhbər işçilərin xüsusi çəkisi 37%-dən 62%-ə çatıb:

"2013-cü illə müqayisədə hazırda azərbaycanlı qadın əməkdaşların sayı demək olar ki, 2 dəfə artıb. Orta səviyyəli yerli rəhbər işçilərin sayı 2013-cü ildən bu vaxtadək 95%-ə çataraq rekord səviyyəyə yüksəlib".

 

İlhamə Abdullayeva 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri