Dek
2018
15:21
93
115
9862
Virtual karabakh

Neft bir “bəyanatın qurbanı” oldu - KƏSKİN UCUZLAŞMA

6 Dek, 2018
15:21
9862

Neft bir “bəyanatın qurbanı” oldu - KƏSKİN UCUZLAŞMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ilə Səudiyyə Ərəbistanının neft bazarını idarə etməyə yönəlmiş “Hasilatın azaldılması müqaviləsini” 2019-cu ilədək uzatmağa razı olmaları barədə bəyanatlardan sonra qalxmağa başlayan neft qiymətləri dünyanın ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin neqativ bəyanatından sonra kəskin ucuzlaşmağa başlayıb.

Oxu.Az xəbər verir ki, Səudiyyə hasilatın azaldılması barədə gözlənilən rəqəmləri səsləndirməyərək, az bir eniş təklif edib.

Nəticədə, neft beş faizdən çox ucuzlaşıb. 

Bakı vaxtilə saat 15:00-a olan məlumata görə, neftin bir barelinin qiyməti 58.56 dollar, Qərbi Texas neftinin (WTI) qiyməti 50.55 dollara enib. 

Qeyd edək ki, analitiklər hasilatın 1,3 milyon barel azalmasını gözlədiyi halda, Səudiyyə 1 milyon barel üzərində dayanıb.  

“Bütün ölkələr yükü bərabər şəkildə paylaşmalıdır. Neftin qiymət səviyyəsi ilə bağlı ABŞ-la görüşməmişik”. 

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri