7 
Dek
2018
10:05
119
99
4949
yuxarı
Azərbaycan nefti altı faiz ucuzlaşdı
7 Dek, 2018
10:05
4949
119
99
Azərbaycan nefti altı faiz ucuzlaşdı
Bu gün, dekabrın 7-də, dünya bazarlarında neftin qiymətləri yenə də düşür.
Oxu.Az xəbər verir ki, “Brent” markalı neft üzrə hərrac sessiyası 60,28 dollar səviyyəsində açılsa da, hazırda ucuzlaşmaqda davam edir.
Bakı vaxtilə saat 09:45-ə olan məlumata görə, Şimal dənizi neft qatışığının fyuçersləri 1,02% ucuzlaşaraq, 59,45 dollara satılıb.
Paralel olaraq, Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 3,81 dollar və yaxud 5,95% azalıb və 60,24 dollar təşkil edib.
İlhamə Abdullayeva
www.oxu.az
Oxu.Az yeniləndi!