10 
Dek
2018
17:41
14
101
4125
Virtual karabakh

“Fitch” Azərbaycandakı dollarlaşma səviyyəsini təhlil etdi

10 Dek, 2018
17:41
4125

“Fitch” Azərbaycandakı dollarlaşma səviyyəsini təhlil etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə sektoru ilə bağlı daha bir məsələyə şərh verib. 

Oxu.Az-ın məlumatına görə, 2016-2018-ci ilin I yarısı ərzində Azərbaycanda kredit və depozitlərdə dollarlaşmanın səviyyəsinin azaldığını qeyd edən agentlik yazıb ki, borcalanların əksəriyyətinin gəlirləri xarici valyutada olmadığından onlar öz öhdəliklərini yetirə bilmir.

“Kredit və depozitlərdə dollarlaşma səviyyəsi hələ də Azərbaycanın bank sektoru üçün əsas risklərdən sayılır”, - fikrini irəli sürüb.

“Fitch Ratings 2019 Outlook: CIS & Georgian Banks” adlı hesabatda deyilir ki, depozitlərin dollarlaşması bankların yerli valyutada kredit ayırmasını da məhdudlaşdırır.

“Bizim hesablamalarımıza görə, bank sektorunda gecikdirilmiş borclar orta hesabla 20% səviyyəsində sabitləşib, ehtiyat ayırmalarının həcmi isə 2016-cı ildəki 51%-dən bu ilin I yarısına 70%-dək yüksəlib. Bununla yanaşı, banklarda mühüm həcmdə hazırda işlək kimi təsnifləşdirilən restrukturizasiya olunmuş kreditlər mövcuddur. Biz hesab edirik ki, qarşıdakı bir neçə ildə banklar problemli kreditlərdən əldə olunan gəlirləri dəyərsizləşmə mənfəəti kimi tanıyacaq”. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri