11 
Dek
2018
15:20
242
30
3105
Virtual karabakh

Azərbaycan Rusiyaya qoyun yunu ixracına başladı

11 Dek, 2018
15:20
3105

Azərbaycan Rusiyaya qoyun yunu ixracına başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azexport” portalı vasitəsilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub.

Oxu.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilmədiyi halda, Zaqatala sakini sahibkar Əlihüseyn Şirinlinin həyata keçirdiyi ixrac uğurlu alınıb. 

l qrup əlil olan Ə.Şirinli “Azexport.az” portalı ilə əməkdaşlığa cari ilin avqust ayında başlayıb. Bu müddət ərzində ona potensial sifarişlər, ixrac bazarında mövcud texniki baryerlər və Azərbaycanda bütün ixrac prosedurları ilə bağlı məlumat verilib. İlk partiya məhsulunu Rusiyaya göndərən Ə.Şirinli ixracdan əldə etdiyi gəlirlə mövcud istehsal sahəsini genişləndirəcəyini bildirib. 

Qeyd edək ki, son illər Azərbaycan Respublikasında yun istehsalı artsa da, onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır. “Azexport.az” portalı isə bu ixrac prosesi ilə ölkəmizdən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verir.

“Azexport” portalının rəhbəri Zaur Qardaşov əlavə edib ki, “İri biznesin bazara çıxması elə də çətin deyil, əsas kiçik və orta sahibkarların xarici bazara çıxışını təmin etməkdir ki, bu məsələ bu gün “Azexport”un fəaliyyətinin əsas istiqamətlərindən biridir”. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri