11 
Dek
2018
16:55
45
59
4144
Virtual karabakh

Pambıq üzrə yeni statistika açıqlandı

11 Dek, 2018
16:55
4144

Pambıq üzrə yeni statistika açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələri keçən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edib.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, pambıq qəbulu məntəqələrinə 222 min 748 ton məhsul təhvil verilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 min ton çoxdur.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, dövlət tərəfindən pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri