12 
Dek
2018
18:21
41
81
5393
Virtual karabakh

Bağlanan bankların əmlakları satılıb - AÇIQLAMA

12 Dek, 2018
18:21
5393

Bağlanan bankların əmlakları satılıb - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan bankların əmlaklarının satıldığını bildirib. 

Fonddan Oxu.Az-a verilən xəbərə görə, QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlaklar satılıb.

Sadalanan ləğv prosesində olan banklara məxsus doqquz lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkassator maşınları, mebel, kompüter və elektrik avadanlıqları satılıb. 

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan üç ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı üç ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan bir ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı bor ədəd daşınmaz əmlak və səkkiz lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı bir ədəd daşınmaz əmlak və bir lot üzrə daşınar əmlak satılıb. 

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak üç lot, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Royalbank” ASC-nin balansındakı daşınar əmlak bir lot və  “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə satılıb. 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri