13 
Dek
2018
10:16
94
24
5629
Virtual karabakh

Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı

13 Dek, 2018
10:16
5629

Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki İşçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1 115 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, iclasda sənədlər notarial qaydada vərəsələrdən qəbul edilərək, həmin qərar əsasında vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

Beləliklə, 9 min 531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək onlardan artıq 2 min 338 şəhid hərbi qulluqçu üzrə 3 min 038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara SMS vasitəsilə bildiriş göndərilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri