18 
Dek
2018
15:36
75
26
2234
Virtual karabakh

Hesablaşmalarda milli valyutalar daha yüksək paya malik olmalıdır - MÜSAHİBƏ

18 Dek, 2018
15:36
2234

Hesablaşmalarda milli valyutalar daha yüksək paya malik olmalıdır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bank VTB (Azərbaycan)” dövlətlərarası ticarətdə milli valyutalara keçidi ilə bağlı daha səmərəli iqtisadi təkliflər üzərində işləyir. “VTB (Azərbaycan)”ın idarə heyətinin sədri Kirin Yevgeni Anatolyeviçlə müsahibəmizdə rubla olan tələbat və rəqəmsallaşmaya dair suallara cavab aldıq.  

- Rusiya ilə Azərbaycan arasında hesablaşmaların milli valyutalar üzərindən aparılması barədə çağırışlara münasibətiniz necədir? Bir bankir kimi necə hesab edirsiniz, bu mümkündürmü? 

- Düşünürəm ki, ölkələrimiz arasında ticarət dövriyyəsi üzrə hesablaşmalarda milli valyutalar daha yüksək paya malik olmalıdır. İlk növbədə, iqtisadi səbəbləri nəzərə alsaq, bu, daha sərfəlidir – bu, şirkətlərə hesablaşma və mübadilə əməliyyatları ilə bağlı xərcləri azaltmağa imkan verəcək.

Ölkələrimiz arasındakı hazırkı dövriyyə uzun illər ərzində işgüzar ənənələr əsasında formalaşıb. Hesab edirəm ki, milli valyutalara keçidlə bağlı prosesləri sürətləndirmək üçün biz iqtisadi stimullar yaratmalıyıq.

Məhz bu, milli valyutalara keçidi tezləşdirəcək. Bunun üçün müəyyən vaxt lazımdır. Biz burada bank olaraq rolumuzu əlverişli maliyyələşmə şəraitini təmin etməkdə görürük. Azərbaycanla Rusiya arasında beynəlxalq hesablaşmalarda milli valyutaların payının artırılmasını öz qarşımıza məqsəd qoymuşuq və düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik.

- Azərbaycanda rubla tələbat böyükdürmü?  

- Azərbaycanda rubla tələbat var, ona görə ki, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında ilk üçlüyə daxildir. Eyni zamanda, milli valyutalarla ödənişlərə keçid trendini nəzərə alsaq, rubla tələbat daha da artacaq.

Ölkələrimiz arasında mal dövriyyəsi 2017-ci ildə 30 faiz, 2018-ci il üçün proqnoza görə 35-37 faiz artacaq. Bundan başqa, ölkələrimiz arasında iqtisadi əlaqələrlə yanaşı, humanitar bağlar da böyükdür. Biz bunu adi məişət nümunələrində, elə təyyarə reyslərinin məlumat intensivliyində də görə bilərik.

Gün ərzində Moskvadan Bakıya 10 reys həyata keçirilir, pul köçürmələri çox aktivdir. Bizim məqsədimiz budur ki, elə bir iqtisadi stimul yaradaq ki, əməliyyatları rublla etmək daha sərfəli olsun. 

Belə əməliyyatlar üzrə ən sərfəli tarifləri təklif edirik. Bizim məhsullar sırasında əhali üçün rublda olan əmanətlər mövcuddur, məqsədli şəkildə Rusiya valyutası üçün sərfəli kurs formallaşdırmaq üzərində çalışırıq. Ona görə də deyə bilərəm ki, rubla tələbatın ödənilməsi üzrə Azərbaycanda market-meyker olaraq qalırıq. 

- Bank sektorunda hamı rəqəmsallaşmanın tərəfdarıdır və bu tendensiya Rusiyada daha nəzərəçarpan formadadır. Azərbaycandakı fəaliyyətinizdə bununla bağlı yeniliklər gözlənilirmi? 

- VTB olaraq, yeni xidmət formaları əsasında distant xidmət kanallarının genişləndirilməsinə çalışırıq. Buna görə biz daim mövcud  texnologiyaları modernizə edib və yenilərini tətbiq edirik.  2019-cu il üçün internet və mobil servis xidmətlərini təkmilləşdirmək niyyətindəyik.

Bank biznesi formasına görə dəyişir, ancaq ənənəvi məğzi qalır. İndi müxtəlif distant formalar əlçatan olub, məsələn, turların bron edilməsi və bu kimi digər əməliyyatlarda banklar iştirak edir, ancaq müştəri, bəlkə də, bunun fərqinə varmır.

VTB Qrup dünya təcrübəsində istifadə olunan yüksək texnologiyalı layihələrin reallaşmasında böyük təcrübəyə malikdir və təbii ki, biz də bunları Azərbaycan bazarına gətirməyə çalışırıq. Bu, bizim rəqabət qabiliyyətimizi artırmaqla yanaşı, Azərbaycan bazarını istehlakçı üçün daha proqressiv, müasir və səmərəli edir.

Bundan başqa, bu, dövlət proqramının da reallaşmasına kömək edir. Buraya maliyyə şəffaflığının təmin edilməsi, vergilərin yığılmasının sadələşdirilməsi kimi məqsədlər daxildir. Buna görə dövlət nağd dövriyyədən nağdsız dövriyyəyə keçid üçün iqtisadi stimul yaradır və bu məsələdə banklar əsas tərəflərdən biridir.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri