Yan
2019
11:38
31
130
6008
Virtual karabakh

Nazir: Sosial yığımlar üzrə yoxlamaları Vergilər Nazirliyi aparacaq

8 Yan, 2019
11:38
6008

Nazir: Sosial yığımlar üzrə yoxlamaları Vergilər Nazirliyi aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial sığorta yığımlarının Vergilər Nazirliyi tərəfindən aparılması ölkədə biznes mühitinin yaxşılaşmasına və inzibatçılığın yüksəldilməsinə yönəlib. 

Oxu.Az-ın sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, məqsəd odur ki, Azərbaycanda sahibkarlar məhz bir quruma hesabat təqdim etsin və ödənişlər, eləcə də, yoxlamalar bir qurum tərəfindən həyata keçirilsin. 

“Bu, inzibatçılığın təkmilləşdirilməsi baxımından böyük bir addımdır. Sırf proses olaraq qeyd edə bilərik ki, əvvəlki dövrlərdə olduğu kimi, hesabatlar doldurulacaq, amma Vergilər Nazirliyinə təqdim ediləcək, ödənişlər isə Dövlət Sosial Müdafiə Fonduna olunacaq. Ödənişini normal şəkildə edən vətəndaşlarımız üçün dəyişən bir şey yoxdur, sadəcə, inzibatçılıq sadələşib.

Bu sahədə yoxlamaları da Vergilər Nazirliyi həyata keçirəcək. Yığımlara nəzarət funksiyası Vergilər Nazirliyində qalacaq, lakin fərdi uçot, sosial sığorta siyasəti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qalacaq”.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri