10 
Yan
2019
11:50
12
72
3503
Virtual karabakh

Bağlanan bankların əmanətçiləri pullarını ala bildilərmi? - SİYAHI

10 Yan, 2019
11:50
3503

Bağlanan bankların əmanətçiləri pullarını ala bildilərmi? - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 1 yanvar 2019-ci il tarixinədək 824,3 milyon manat kompensasiya ödəyib. 

Oxu.Az xəbər verir ki, bu, ümumi kompensasiya öhdəliyinin 99 faizini təşkil edir.

Ləğv prosesində olan “Royalbank” ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89 faizi həcmində) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərə ümumilikdə 1,8 milyon manat (ümumi kompensasiya öhdəliyinin 88 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin  qorunan əmanətçilərinə 0,98 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib.

Ləğv olunmuş “Parabank” ASC-nin  qorunan əmanətçilərinə 43,2 milyon manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,9 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99,6 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,1 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 96 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 438,6 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99 faizi) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 61,98 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri