10 
Yan
2019
15:19
41
142
3639
Virtual karabakh

Azərbaycanda pul bazası artıb - İNFOQRAM

10 Yan, 2019
15:19
3639

Azərbaycanda pul bazası artıb - İNFOQRAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin sonunda Azərbaycanda pul bazası 9 milyard 545.7 milyon manat təşkil edib.

Oxu.Az xəbər verir ki, bu, noyabrın sonu ilə müqayisədə, 560,5 milyon manat, 2018-ci ilin yanvar ayının yekunu ilə müqayisədə 784 milyon manat çoxdur. 

Belə ki, 30 noyabr 2018-ci il tarixinə pul bazası 8 milyard 985.2 milyon manat, 31 yanvar 2018-ci il tarixinə isə 8 milyard 761 milyon manat təşkil etmişdi.

 

Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri