10 
Yan
2019
16:55
158
71
3686
Virtual karabakh

Neft Fondu qızıl ehtiyatını kəskin artırıb

10 Yan, 2019
16:55
3686

Neft Fondu qızıl ehtiyatını kəskin artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin dekabr ayının sonuna Azərbaycan Dövlət Neft Fondu tərəfindən 50 min 953,3 kq qızıl alınıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, nəticədə investisiya portfelindəki qızılın dəyəri 2 milyard 93 milyon dollara yüksəlib.

Bu isə 1 milyon 638 min 186 troya unsiyası deməkdir.

“Fond qızıl külçələrə investisiya yatırmaq məqsədilə “AzerGold” ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır”, - deyə fonddan bildiriblər.

Qeyd edilir ki, qızıl alışı təqvim ili ərzində partiyalarla davam edəcək. 2019-cu ildə Dövlət Neft Fondunun investisiya portfelinin ortaçəkili həcmi 67,4 mlrd. manat və ya cari məzənnə ilə 39,6 milyard dollar təşkil edəcək.

Şərtlərə əsasən, 2019-cu il ərzində Fondun qızıl portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri