17 
Yan
2019
14:03
39
69
2597
Virtual karabakh

Yeni il qabağı Azərbaycana idxal artıb - HESABAT

17 Yan, 2019
14:03
2597

Yeni il qabağı Azərbaycana idxal artıb - HESABAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 923 milyon 602  min ABŞ dolları olub. 

Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, idxal əməliyyatlarının həcmi 11 milyard 464 milyon 970 min dollar, ixrac əməliyyatları isə 19 milyard 458 milyon 632  min dollar təşkil edib.

Nəticədə, ixracın həcmi idxalın həcmindən illik olaraq 7 milyard 993 milyon 662 min manat çox olub, bu isə iqtisadi dillə desək, müsbət saldonun olduğunu göstərir.

Diqqətçəkən məqamlardan biri odur ki, dekabrda ixrac 407 milyon dollar azalıb, idxal isə, əksinə, 126 milyon dollardan çox artıb. Ümmumiyyətlə, dekabrda ixrac 1 milyard  540 milyon 165 min dollar, idxal 1 milyard 169 milyon 394 min dollar, müsbət saldo isə 370 milyon 771 min dollar təşkil edib.

Halbuki noyabr ayında müsbət saldo 905 milyon 214 min dollar təşkil etmişdi. Beləliklə, neftin qiymətinin düşməsilə əlaqədar olaraq ixrac azalıb və aylıq müqayisədə saldo 2,4 dəfə düşüb.

Azərbaycanın xaricə ixrac etdiyi məhsulların arasında neft və neft məhsulları liderdir. İxracın 91%-i məhz bu məhsulların hesabına formalaşıb. 2018-ci ildə Azərbaycanın 19 milyard 458 milyon  632 min dollarlıq ixracının 15 milyard 719 milyon 482 min dollarını (80.78%-ni) neft məhsulları, 1 milyard 499 milyon 385 min dollarını (7.71%-ni) təbii qaz və 520 milyon 600 min manatını (2.68%-ni) neft məhsulları təmin edib. 

Bundan sonrakı yeri isə 2,88 faizlə meyvə-tərəvəz təşkil edir. Azərbaycan xaricə 560 milyon dollar yaxın dəyərdə meyvə-tərəvəz satıb.

İdxalda liderlik yenə də maşın, mexanizm və avadanlıqlara aiddir. Texnika almaq üçün Azərbaycandan kənara 2 milyard 588 milyon dollar axıb. Dava-dərmanın alınmasına isə 290 milyon dollardan çox pul xərcləmişik.  

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri