18 
Yan
2019
09:46
11
79
2828
Virtual karabakh

Büdcənin sosial təyinatlı xərcləri artıb - RƏQƏMLƏR

18 Yan, 2019
09:46
2828

Büdcənin sosial təyinatlı xərcləri artıb - RƏQƏMLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin profisiti 307,6 mln. manat təşkil edib ki, bu da təsdiqlənmiş yuxarı həddən 643,4 mln. manat azdır.

Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22 mlrd. 411,3 mln. manat olub və bu 2017-ci illə müqayisədə, artım 38,1% deməkdir.

Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 417,6 mln. manata çatıb, yəni 2017-ci illə müqayisədə artım 6,4% olub. Həmin vəsaitin 4 mlrd. 975,5 mln. manatı və ya 67,1%-i qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci il üzrə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 mlrd. 434,4 mln. manat vəsait daxil olub, illik artım 31,6%-dir.  

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 959 mln. manat vəsait transfert edilib. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

Ötən ilin IV rübündə dövlət büdcəsinin mədaxili 6 mlrd. 320,7 mln. manat təşkil edib. 2018-ci ildə dövlət büdcəsinin xərcləri 29,2% artımla 22 mlrd. 718,4 mln. manat olub.

Dövlət büdcəsi xərclərinin 31,7%-i və ya 7 mlrd. 196,6 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci illə müqayisədə, 7,6% çoxdur.

2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11 mlrd. 549,8 mln. manatı və ya 50,8%-i cari xərclərə, 8 mlrd. 941,9 mln. manatı və ya 39,4%-i əsaslı xərclərə, 2 mlrd. 227,2 mln. manatı və ya 9,8%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2018-ci ilin IV rübü üzrə dövlət büdcəsinin xərcləri 7 mlrd. 52,9 mln. manat icra olunub.

2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 mlrd. 34,7 mln. manat, xərcləri isə 26 mlrd. 334,4 mln. manat icra olunub, 4 mlrd. 700,3 mln. manat profisit yaranıb.

2018-ci il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat məbləğində təsdiqlənmiş, kəsiri isə 951 mln. manat və ya ÜDM-nin 1,3%-i səviyyəsində proqnozlaşdırılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri