18 
Yan
2019
11:13
99
29
1873
Virtual karabakh

SOCAR: Dəniz özüllərində vəziyyət stabildir

18 Yan, 2019
11:13
1873

SOCAR: Dəniz özüllərində vəziyyət stabildir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti hava şəraiti ilə əlaqədar dəniz özüllərindəki vəziyyətlə bağlı öz rəsmi “Facebook” səhifəsində xəbər yayıb. 

Oxu.Az-ın məlumatına görə, şirkət vəziyyətin stabil olduğunu bəyan edib:

“Dəniz özüllərimizdə vəziyyət stabildir. Hava şəraiti tədricən normallaşır”.

Məlumatda daha əvvəl təxliyyə edilmiş işçilərin günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacağı və fəaliyyətlərini adi qaydada davam etdirəcəkləri bildirilir.

Qeyd edək ki, ötən gecə dəniz özüllərində qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri