18 
Yan
2019
16:37
45
26
3150
yuxarı
“Moody`s” Azərbaycanın xarici borcuna qiymət verdi
18 Yan, 2019
16:37
3150
45
26
“Moody`s” Azərbaycanın xarici borcuna qiymət verdi
“Moody`s” Azərbaycanın tədiyyə balansını MDB ölkələri arasında ən yaxşı göstərici hesab edir.
Oxu.Az xəbər verir ki, beynəlxalq agentlik cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 10,7%-i səviyyəsində proqnozlaşdırdığını bəyan edib.
“Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir”.
Agentliyin icmalında bildirilir ki, 2019-cu ildə Azərbaycanın xarici borcu (dövlət və özəl sektorun borcları nəzərə alınmaqla – İF) ÜDM-nin 46,5%-ni təşkil edəcək ki, bu da regionda ikinci ən aşağı göstəricidir.
Birinci yerdə isə ÜDM-nin 28,3%-i səviyyəsində xarici borc öhdəliyi ilə Rusiya qərarlaşıb. Digər MDB ölkələrində borcun məbləği ÜDM-nin 50%-ni keçir.