22 
Yan
2019
15:48
74
41
1587
Virtual karabakh

BMT Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

22 Yan, 2019
15:48
1587

BMT Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına əsasən, Azərbaycanın iqtisadiyyatı yaxın illərdə stabil olaraq inkişaf edəcək. 2019 və 2020-ci illərdə ölkədə iqtisadi artım 1,9% təşkil edəcək, 2018-ci ildə isə bu 1,1% olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Dünyanın iqtisadi durumu və perspektivləri, 2019-cu il” adlı hesabatda qeyd olunub (World Economic Situation and Prospects 2019).

Bu nəşr qlobal iqtisadiyyatda gözlənilən tendensiyalara və dünya iqtisadiyyatının artımına təkan verən qüvvələrin təhlilinə həsr olunmuş BMT-nin əsas nəşridir. Hesabat BMT-nin iqtisadi və sosial məsələləri üzrə Departamenti (DESA) ilə BMT-nin ticarət və inkişaf konferensiyası (UNCTAD), BMT-nin beş regional komissiyası və BMT-nin digər agentliklərinin iştirakı ilə hazırlanıb.

Araşdırmalara əsasən, 2018-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 4,9% təşkil edib (2017-ci illə müqayisədə 0,1% düşüb). Bu keçmiş SSRİ məkanında qeydə alınmış ən aşağı göstəricilərdən biridir. Hesabata əsasən, 2018-ci ildə ən yüksək işsizlik səviyyəsi Ermənistanda (17,6%), ən aşağı isə Belarusda (0,5%) qeydə alınıb.

Ümumilikdə, 2018-ci ildə keçmiş SSRİ məkanında işsizlik səviyyələri aşağıdakı kimidir: Ermənistan (17,6%), Gürcüstan (11,7%), Ukrayna (9,3%), Latviya (7,5%), Qırğızıstan (6,9%), Litva (6,7%), Estoniya (5,9%), Özbəkistan (5,1%), Azərbaycan (4,9%), Rusiya (4,9%), Qazaxıstan (4,9%), Moldova (4%), Türkmənistan (3,3%), Tacikistan (2,3%), Belarus (0,5%).

Hesabata əsasən, 2019-2020-ci illərdə qlobal iqtisadiyyat 3% səviyyəsində sabit inkişaf edəcək.

2018-ci ildə Müstəqil Dövlətlər Birliyinin əksər ölkələrində artımın sürətlənməsi və inflyasiyanın azalması fonunda əlverişli iqtisadi nəticələr qeydə alınıb. Neft və digər məhsul növləri daxil olmaqla, xammalın qiyməti yüksəlib. Məsələn, enerji daşıyıcıları ixracatçıları olmayan MDB ölkələri üçün vacib rol oynayan alüminium və pambığın qiymətlərində artım müşahidə olunub. Rusiyada iqtisadiyyatın bərpa edilməsi ticarət və pul köçürmələri sayəsində bütün regionda artıma səbəb olub.

Buna baxmayaraq, 2019-cu ildə ticarət şərtləri baxımından nisbətən az əlverişli dinamika müşahidə olunacaq (idxal və ixrac qiymətlərinin nisbəti). 2019-cu ildə MDB ölkələrində ümumi artım nisbətən aşağı düşəcək, belə ki, 2018-ci ildə bir sıra kiçik iqtisadiyyatlarda qeydə alınmış əhəmiyyətli iqtisadi yüksəliş davamlı olmaya bilər.

Bəzi ölkələrdə pul-kredit siyasətinin sərtləşdirilməsi müşahidə olunacaq. Proqnozlara əsasən, MDB ölkələri və Gürcüstanın cəmi ümumi daxili məhsulu 2019-cu ildə 2%, 2020-ci ildə isə 2,5% artacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri