23 
Yan
2019
11:05
217
25
3435
Virtual karabakh

Nazir müavini: İşsiz gənclər ümumi işsizlərdən iki dəfə çoxdur

23 Yan, 2019
11:05
3435

Nazir müavini: İşsiz gənclər ümumi işsizlərdən iki dəfə çoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il məşğulluq bazarına 100 min gənc daxil olur və onların işlə təmin olunması mühüm problem kimi bir neçə dövlət qurumunun birlikdə işləməsini vacib edir. 

Oxu.Az xəbər verir ki, “Gənclərin məşğulluğu” mövzusunda keçirilən konfransda bir neçə nazirlik və beynəlxalq təşkilatlar qatılıb.

Konfransı açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə görə, dünyada ən zəngin şirkətlərin təsisçiləri arasında gəncləri də görmək olar.

Xüsusən, yüksək texnologiyaya əsaslanan şirkətlərin yaranmasında, müasir peşələrin aparılmasında onların xüsusi rolu var. Bunu nəzərə alan ASK işəgötürənlər üçün böyük əhəmiyyət daşıyan savadlı kadr potensialı ilə bağlı məsələlərin gündəmdə olmasına çalışır. 
 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin açıqladığı məlumatlara görə, ölkə əhalisinin 24 faizini 14-29 yaş arasında olan gənclər təşkil edir.  

“Uşaqları da əlavə etsək, ölkə əhalisinin 50%-i məhz uşaqlar və gənclərdir. Gənclər arasında işsizlik 9,2 faizdir və bu da ümumi işsizlik faizindən iki dəfə çoxdur. Hər il yüz minlərlə gənc iş bazarına daxil olur.

Onların məşğulluğunu təmin etmək üçün təhsil, əmək və işəgötürənlər birlikdə çalışmalıdırlar. Bu problemin həll olunması ortaq məsuliyyət tələb edir”.  

Konfransda gənclərin rayon və kəndlərdən şəhərə axını, yerlərdə müəllimlərə belə ehtiyac yarandığı bildirilib.

Ordudan tərxis olunan gənclərin yenidən işinə bərpa olunmasına nəzarətin gücləndirilməsi, gənclərin təhsilləri üzrə işləməsinə imkanlar açmaq barədə mühüm problemlər qaldırılıb.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri