23 
Yan
2019
11:30
22
142
3550
Virtual karabakh

İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir

23 Yan, 2019
11:30
3550

İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada 220 milyon işsizin 33 faizi gənclərdir, işləyən dörd gəncdən üçü isə qeyri-rəsmi məşğulluqla bağlıdır. Gənclər arasında işsizliyin yüksək olması isə sosial inkişafı pozan əsas amillərdən biridir. 

Oxu.Az xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, Azərbaycan əhalisi yaş strukturuna görə cavandır, ona görə də gənclərin məşğulluq bazarına çıxışında onların təhsili mühüm yer tutur.

“Təhlillər göstərir ki, Azərbaycanda təhsil sistemi ilə əmək bazarında uyğunsuzluq var. Hazırlanan kadrlar işəgötürənlərin tələblərinə cavab vermir, bu isə uçurum yaradır. Peşə ixtisası ilə bağlı problemlər var və bu sahə gənclərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müasir iqtisadi çağırışlara cavab verən kadr hazırlığı strateji yol xəritəsində də öz əksini tapıb. Hazırda təhsil proqramlarının işəgötürənlərin tələbinə uyğunlaşdırılması prosesi gedir”. 

İ.İsayevin açıqladığı rəqəmlərə görə, məzunların işlə təminatında turizm 62.3%, informatika texnologiyaları 60%-ə yaxın yer tutur.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri