24 
Yan
2019
15:03
89
21
3273
Virtual karabakh

Agentlik ixracatçılara xəbərdarlıq etdi: Soğanın mənşəyinə diqqət yetirin

24 Yan, 2019
15:03
3273

Agentlik ixracatçılara xəbərdarlıq etdi: Soğanın mənşəyinə diqqət yetirin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara ünvanlanan xəbərdarlıq yayıb.

Oxu.Az xəbər verir ki, agentliyin məlumatına görə, Türkiyəyə soğan ixrac edənlər soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirməlidirlər.

Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Azərbaycanda becərilən soğan məhsulunun “Zərərli Risk analizi“nin aparılması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdi. 

Agentliyə məlumat daxil olduqdan dərhal sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. 

Risk təhlilindən sonra uyğun şərtlər daxilində Azərbaycandan Türkiyəyə soğan idxalına icazə verilib. Belə ki, ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri