24 
Yan
2019
13:08
38
132
5169
Virtual karabakh

Deputatdan sərt çıxış: Sən bu heyvanları öz cibindən almırsan

24 Yan, 2019
13:08
5169

Deputatdan sərt çıxış: Sən bu heyvanları öz cibindən almırsan

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Həmkarım Musa Quliyev az öncə çıxışında dedi ki, əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər yayırlar. O, şəkillərin düz olduğunu bilmir. Amma mən deyim ki, bu şəkillər düzdür. Həmin heyvanlar qocadır.

Oxu.Az məlumat verir ki, bunu deputat Araz Əlizadə Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əhaliyə verilən heyvanlarla bağlı şikayətlərdən danışarkən deyib.

Millət vəkili bildirib ki, nazirlik düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verilib: 

“Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Cavan-cavan adamlardır, amma yuxarıdan gedirlər. Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. 

Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır. Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Xəstə heyvanlarla o ailə evini necə dolandırsın? Necə inək vermisiniz ? Niyə insandan soruşmurlar ki, bu malın keyfiyyəti nədir? 

Soruşmurlar ki, bunla qazana biləcəksən, məhsul götürə biləcəksən? Gəlin, cənab prezidentin əməyini yerə vurmayaq. Gəlin Əmək və  Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri