24 
Yan
2019
15:30
114
13
3308
Virtual karabakh

Azərbaycanda dörd kredit ittifaqı ləğv edilib

24 Yan, 2019
15:30
3308

Azərbaycanda dörd kredit ittifaqı ləğv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha dörd kredit ittifaqının lisenziyası ləğv olunub. Beləliklə, Palatanın reyestrinə daxil olan kredit ittifaqlarının sayı 61-dən 57-yə düşüb. 

Oxu.Az xəbər verir ki, ləğv edilən kredit ittifaqları Şəki şəhərindəki “Küngüt”, Gədəbəy rayonundakı “Qoşabulaq”, Füzuli rayonundakı “S.A.F.” və Qəbələ rayonundakı “Vəndam” kredit ittifaqlarıdır.

Palata “Birkart” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verdiyindən BOKT-ların sayı 46 olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri