Fev
2019
12:56
75
11
3416
Virtual karabakh

Fermerlərin subsidiya ilə texnika almaq qaydası dəyişdi - YENİLİK

6 Fev, 2019
12:56
3416

Fermerlərin subsidiya ilə texnika almaq qaydası dəyişdi - YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq. Artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər. 

Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.

Qiymətin qalan hissəsi bankda maksimum beş il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.  Kredit faizlərini isə fermer deyil, dövlət ödəyəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin rəhbəri Vüqar Hüseynovdan aldığımız məlumata görə, əvvəllər, məsələn, “A” şirkətindən özünə texnika götürən şirkət avadanlığın qiyməti nə idisə, onu öz vəsaiti hesabına ödəyirdi, yalnız “Aqrolizinq”dən alanda güzəşt tətbiq olunurdu. İndi isə fermer istənilən təzhizatçı şirkətdən texnikanı ala bilər və eyni, dövlətin 40 faizlik güzəştindən istifadə etmək imkanı qazanıb.

“Prosedur sadədir, fermer təchizatçı şirkətlə texnika alışı barədə razılaşır, həm fermer, həm təchizatçı şirkət banka müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Bu zaman fermer texnikanın ilkin dəyərinin 20 faizini ödəyir, dəyərin 40 faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi subsidiyalaşdırır, yəni bankın hesabına köçürür. Texnikanın qiymətinin qalan 40 faizi isə bank tərəfindən fermerə kredit şəklində verilir. Kreditin məbləği maksimum 5 il ola bilər. Bu müddət ərzində kreditin əsas hissəsini fermer, faizləri isə dövlət ödəyir. Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə məşğul olan təchizatçı şirkətlərə kifayət qədərdir. Yeni qaydalara əsasən, bütün şirkətlərdən alınan texnikanın dəyərinin 40 faizi subsidiyalaşdırır”.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri