Fev
2019
19:01
152
43
3665
Virtual karabakh

Plastik qablaşdırma tullantıları ilə bağlı Tədbirlər Planı təsdiq edilib

7 Fev, 2019
19:01
3665

Plastik qablaşdırma tullantıları ilə bağlı Tədbirlər Planı təsdiq edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb ki, sənədlə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin, həmçinin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat versin.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri