Fev
2019
14:37
74
115
3035
Virtual karabakh

Rusiyalı nazir: “Qaz” avtomobillərinin Azərbaycandan ixracı ilə bağlı müzakirələr aparılır

9 Fev, 2019
14:37
3035

Rusiyalı nazir: “Qaz” avtomobillərinin Azərbaycandan ixracı ilə bağlı müzakirələr aparılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Rusiya sərhədindəki problemlərin həllinə başlanılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bu gün Hacıqabul Sənaye Məhəlləsində keçirilən ikitərəfli görüşdən sonra açıqlama verib. 

Onun sözlərinə görə, Samur çayı üzərində tikilən körpü yaxın vaxtlarda istifadəyə veriləcək və nəticədə, sərhəd-keçid məntəqəsindəki problemlər tam həllini tapacaq. Bu, həm vətəndaşların rahat hərəkətinə şərait yaradacaq, həm də sahibkarların işlərini asanlaşdıracaq. 

Rusiyalı nazir bildirib ki, Hacıqabulda “Qaz” avtomobil zavodunun açılışı 2018-ci ilin sentyabrında prezidentlərin əldə etdikləri razılaşmanın praktiki olaraq reallaşması deməkdir.

“Strateji əməkdaşlıq haqqında iki ölkə arasında imzalanan sənədlər bir-bir həyata keçirilir. Bu layihələr həm Azərbaycan, həm də Rusiya üçün sərfəlidir. Yeni avtomobil zavodunun işləməsi üçün məhsulların bir hissəsi Rusiyada hazırlanır. Bu avtomobillər Azərbaycanda buraxılmaqla yerli bazar üçün daha sərfəli olacaq. Bundan başqa, üçüncü ölkəyə ixracı ilə bağlı İran, Gürcüstan və Türkiyə bazarı ətrafında müzakirələr aparılır”, - deyə M.Oreşkin vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə yaxın vaxtlarda Rusiya ilə birlikdə tikilən dərman zavodunun açılışı olacağını bəyan edib və görüşlər zamanı digər layihələrdə də birgə iştirakçılıq məsələlərinin müzakirə olunduğunu bildirib.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri