11 
Fev
2019
15:28
236
84
6703
Virtual karabakh

Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq - VİDEO

11 Fev, 2019
15:28
6703

Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minimum əməkhaqqı davamlı olaraq artırılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasını qeyri-rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır:

“Beynəlxalq təcrübədə əməkhaqlarının paket şəklində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. Bu yenilikdən sonra əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əməkhaqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza ziyanı çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır”.

Şöbə müdiri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər:

“Bu, düzgün yanaşma deyil. Bundan sonra işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İşçi özünün pensiya təminatı üçün pensiya kapitalı toplamış olacaq və nəticədə, pensiyası yüksək məbləğdə tənzimlənəcək”.

Əbülfət Məhərrəmov əlavə edib ki, minimum əməkhaqqı davamlı olaraq artırılacaq: 

“Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquqi şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun verilib. 150 mindən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir”.

Qeyd edək ki, prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılıb.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri