15 
Fev
2019
11:30
70
19
1445
Virtual karabakh

Azərbaycana xaricdən gətirilən pul baratlarının həcmi artıb

15 Fev, 2019
11:30
1445

Azərbaycana xaricdən gətirilən pul baratlarının həcmi artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana daxil olan pul baratlarının həcmi 2018-ci ildə 6 faiz artaraq, 1 milyard 80 milyon ABŞ dollarına yüksəlib.

Oxu.Az xəbər verir ki, təkcə 2018-ci ilin oktyabr-noyabr-dekabr aylarında Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 82 mln. dollar olub.

Halbuki 2016-cı ildə ölkəyə daxil olan pul baratlarının həcmi 564 milyon dollar təşkil etmişdi, 2017-ci ildə isə 1 milyard 20 milyon dollara çatmışdı.

Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalına görə, ölkəmizin ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1.8% (qeyri-neft ixrac çəkili) olacağı proqnozlaşdırılır. Bunun Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə həm ticarət, həm də investisiya axınlarına müsbət təsir edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri