16 
Fev
2019
13:22
143
81
3643
Virtual karabakh

Azərbaycanın Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı

16 Fev, 2019
13:22
3643

Azərbaycanın Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.

Oxu.Az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, təkcə 2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyalarının həcmi  516 milyon dollar yüksəlib.

İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə noyabr ayında reallaşıb və həcmi 178 milyon dollar olub. Ən az sərmayə qoyuluşu isə 13 milyon dollar olub və bu tranş ilin sonunda - dekabrda reallaşıb.

Azərbaycandan Türkiyəyə birbaşa investisiyaların həcminə gəlincə, bu rəqəm 489 milyon dollar təşkil edir.

Qeyd edək ki, ümumilikdə ötən il Türkiyəyə qoyulan xarici investisiyaların məbləği 6,5 milyard dollar təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri