22 
Fev
2019
09:18
14
190
14168
Virtual karabakh

Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL

22 Fev, 2019
09:18
14168

Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yekunları üzrə məlumatlara əsasən, Azərbaycanda muzdla işləyən işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olub. Bu, 2017-ci illə müqayisədə, üç faiz artım deməkdir.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əməkhaqqı neft sektorunda üç min manatdan yuxarı, qeyri-neft sektorunda 488 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 435,2 manat, özəl müəssisələrdə isə 690,4 manat olub.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində çalışanlarda qeydə alınıb. Bu sahədə özəl sektorda çalışanlar dörd min manatdan yuxarı maaş alıblar. Bundan sonrakı yeri peşə, elmi-texniki fəaliyyət təşkil edir və burada işləyənlərin əməkhaqqı iki min manatdan yüksəkdir. Maliyyə və sığorta fəaliyyəti üzrə çalışanlar isə 1400 manatdan yüksək maaşla üçüncüdürlər.

Ən aşağı əməkhaqları səhiyyə və sosial xidmətlər (240 manat), istirahət, əyləncə, incəsənət (295 manat), kənd təsərrüfatı (281 manat) sahələrində çalışanlarda qeydə alınıb.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri