22 
Fev
2019
15:07
101
56
7492
Virtual karabakh

Bakıda tikinti dayandırılıb? - AÇIQLAMA

22 Fev, 2019
15:07
7492

Bakıda tikinti dayandırılıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Baş Planın hazırlanmasına hazırlıq gedir, buna görə də tikinti işləri ilə bağlı nəzarət də artırılıb. Ümumilikdə, Baş Plan təsdiq edilənə qədər gedən tikinti işləri norma və meyarlar əsasında aparılmalıdır.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, indi də paytaxtda tikinti işləri gedir və onların dayandırılmasına ciddi əsas yoxdur.

“Sadəcə, önəmli məsələlərdən biri budur ki, şəhərsalma qanunvericiliyinin tələblərinə ciddi nəzarət olunmalıdır. Son müddətdə bir neçə islahat aparılıb, komitənin bu prosesin müxtəlif mərhələlərində müdaxilə etmək imkanı var. Buna görə də qeyd edim ki, layihələrin dəyərləndirmə mərhələsində layihəçi təşkilatın böyük məsuliyyəti var.

Çünki tikintinin harada olmasından çox şey asılıdır, landşafta uyğunluğu, texniki və təhlükəsizlik normaları olmalıdır. Əlbəttə, biz tikintiyə icazələrin sadə olmasına çalışırıq və məqsədimiz budur ki, rahat şəkildə, çox vaxt sərf etmədən bu proses yekunlaşsın”. 

Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Fazil Ağamalı parlamentdə çıxışı zamanı komitənin fəaliyyətini tənqid edərək, paytaxtda tikinti işlərinin dayandırıldığını, yüzlərlə işçinin "çörək pulu"ndan məhrum olduğunu bildirmişdi. 

A.Quliyev onu da qeyd edib ki, Bakının Baş Planının hazırlanması üçün keçirilən beynəlxalq tenderə dünyada tanınan şirkətlərin nümayəndələri öz təkliflərini veriblər. Bir neçə gündən sonra tenderin qalibinin adı açıqlanacaq, amma baş planla bağlı işlər kifayət qədər uzun bir prosesdir:

“Düzdür, işlərin bir hissəsinin görüldüyünü nəzərə alsaq, biz tez başa çatmasına çalışacağıq. Baş Planın əsasında isə komitə paytaxtın müfəssəl planını tərtib edəcək”.  

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri