23 
Fev
2019
11:34
137
34
2758
Virtual karabakh

İnnovasiyalar Agentliyinin strukturu təsdiq edildi: hansı səlahiyyətlərə malikdir?

23 Fev, 2019
11:34
2758

İnnovasiyalar Agentliyinin strukturu təsdiq edildi: hansı səlahiyyətlərə malikdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturunu təsdiq edib.

Oxu.Az xəbər verir ki, Agentliyin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Sənəddə göstərilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Agentlik hansı səlahiyyətlərə malikdir?

Fərmana görə, innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsi, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən, vençur maliyyələşməsi) ilə maliyyələşdirilməsi, innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Bakıda yerləşən agentliyin fəaliyyətinə biliyə və innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq, innovativ elmi tədqiqatların, layihələrin ölkə iqtisadiyyatında rolunun artırılması, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və s. kimi məqsədlər daxildir.

İnnovasiyalar Agentliyi eyni zamanda “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan verməli, həm də mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmalıdır.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri