30 
İyn
2014
17:26
46
7
1602
Virtual karabakh

“Azerspace-1” ilə yayımlanan telekanalların sayı 100-ə çatıb

30 İyn, 2014
17:26
1602

“Azerspace-1” ilə yayımlanan telekanalların sayı 100-ə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bizim peykdən Gürcüstan və Ukrayna da istifadə edir.

Azərbaycanın ilk telekommunikasiya peyki – “Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı artıb.

Oxu.Az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, cari ilin iyul ayının 1-nə artıq peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır.

Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk milli peyki “Azerspace 1/Africasat 1A” üzərindən yayıma başlayıb.

Milli peyk üzərindən açıq yayıma başlayan kanallar “A-One”, “Европа Плюс ТВ”, “Карусель +0”, “Life News”, “МИР-24”, “Москва. Доверие”, “Мульт +0”, “Пятница +0”, “РЕН +0”, “РУ-ТВ”, “СТС +0”, “ТВ3 (Россия) +0”, “Звезда +0” artıq 11015 H 30000 5/6 transponderində özünə yer edib.

Qeyd edək ki, “Azerspace 1/Africasat 1A” üzərindən yerli kanallarla yanaşı, Gürcüstan, Ukrayna televiziya kanallarının yayımı həyata keçirilir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri