İyl
2014
17:15
29
6
4810
Virtual karabakh

“Startup Azerbaijan” internet startap-layihələr müsabiqəsinin qalibləri açıqlandı

3 İyl, 2014
17:15
4810

“Startup Azerbaijan” internet startap-layihələr müsabiqəsinin qalibləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnvestorlar ya layihə, ya da komanda götürürlər”.

Müsahibədə iştirak istəyini bəyan edən 46 komandadan finala yalnız 6 komanda çıxıb.

Bu gün Bakıda Parkİnn otelində Yüksək Texnologiyalar Parkının nəzdində fəaliyyət göstərən Azərbaycanın İnternet Forumunun, ADA Universitetinin və s. təşkil etdiyi “Startup Azerbaijan”ın yekun təqdimatı və konfrans keçirilib.

Oxu.Az xəbər verir ki, təqdimat zamanı internet startap-layihələrinin müsabiqəsi “Startup Azerbaijan”da qalib olan altı layihənin adı açıqlanıb.

“İnternet startap-layihələrinin müsabiqəsi Azərbaycanda artıq ikinci dəfədir ki, keçirilir – ilk dəfə bu müsabiqə keçən il keçirilib. Qeyd etmək istərdim ki, bu kiçik müddət ərzində biz belə tədbirlərin təşkili və keçirilməsi sahəsində müəyyən uğurlar əldə etmişik. Bu il müsabiqədə iştirak etmək arzusunu 46 startapçı-komanda bildirib. Onlar təşkilat komitəsinə ərizə ilə müraciət ediblər. Onların sırasından 28-i seçilib, mübarizəni davam etdiriblər. Müsabiqə iki mərhələdən ibarət olub. Birinci mərhələdə 15 yarımfinalçı müəyyən edilib, sonra isə onların arasından 6 komanda seçilib, onlar finala çıxan və qalib olan komandalardır. Yarımfinalçı və qalibləri münsiflər müəyyən edib. Münsiflərin tərkibinə İKT və internet startap-layihə sahəsindən olan ekspertlər daxil olub”.

Bu barədə Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz bildirib.

O, qeyd edib ki, belə müsabiqələr gələcəkdə də keçiriləcək.

O.Gündüz qeyd edib ki, bu il təşkilatçılar bir addım da irəli gediblər və müsabiqənin əsas təşkili və keçirilməsindən başqa qaliblərə layihələrini inkişaf etdirmək imkanı yaratmağı qərara alıblar, daha dəqiq layihələrlə maraqlanan investorlarla bağlı qapı arxasında görüş təşkil ediblər.

“İnvestorlar işləmək üçün ya komandanı, ya da layihəni götürürlər”, - O.Gündüz qeyd edib.

Qaliblər bunlardır: BethClip, Butarek, İWORK.az, WEARN, Al-Gətir, Xərcim.az.

Qeyd edək ki, qaliblər əsasən internet-ticarət və ya internet-əlavələr sahəsində layihələr təqdim ediblər. Amma iştirakçı-komandalar arasında digər – tibb, təhsil və s. sahələr üzrə layihələr təqdim edilib.

“Elektron ticarət və internet-texnologiyalar sahəsində startap-layihələr yerli investorlar arasında böyük marağa səbəb olurlar, amma bu, o demək deyil ki, digər sahələrdən yan keçirik. İlkin şərtlər hamı üçün eynidir, layihəsi daha yaxşı işlənmiş və təqdim edilmiş qalib gəlir. Bizim münsiflər layihələri məhz bu nöqteyi-nəzərdən qiymətləndirir”, - O.Gündüz deyib.

Qaliblər 3 dəqiqəlik təqdimat ilə çıxış ediblər, sonra isə onlara qiymətli mükafatlar təqdim edilib.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri