23 
İyl
2014
15:10
30
6
699
Virtual karabakh

SOCAR Ukraynada yeni YDM istifadəyə verib

23 İyl, 2014
15:10
699

SOCAR Ukraynada yeni YDM istifadəyə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Obyekt premium-klass tiplidir.

Ukraynanın Çerkassk vilayətində SOCAR brendi ilə premium-klass tipli daha bir yanacaqdoldurma məntəqəsi açılıb.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Uman şəhərinin girişində “Sofiyevka” dendrologiya parkının qarşısında yerləşən YDM SOCAR-ın Çerkassk vilayətində sayca altıncı məntəqəsidir.

Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacağı təklif olunur.

YDM ərazisində iki yanacaqpaylama qurğusu, kafe və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər də göstərilir.

Avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet kimi xidmətlər pulsuzdur.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri