23 
İyl
2014
15:44
55
4
1220
Virtual karabakh

Bakıda yeni keçid istifadəyə veriləcək – FOTO

23 İyl, 2014
15:44
1220

Bakıda yeni keçid istifadəyə veriləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son tamamlanma işləri aparılır.

Bakıda daha bir keçid yaxın günlərdə istifadəyə veriləcək.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Atatürk prospekti 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlanma işləri aparılır.

“Uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb”, - deyə Pünhan Mürsəliyev bildirib.

Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qarşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir.

Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri