24 
İyl
2014
12:15
33
7
681
Virtual karabakh

SOCAR neft və qaz hasilatını artırıb

24 İyl, 2014
12:15
681

SOCAR neft və qaz hasilatını artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2014-cü ilin birinci yarımilliyinin hesabatı açıqlandı.

2014-cü ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 mln. 198,2 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Daha əvvəl SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilib ki, 2014-cü ildə şirkət 8,4 mln. ton neft hasil etməyi planlaşdırır.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 43 mln. 483,6 min ton neft hasil edilib, bunun 8 mln. 314,4 min tonu SOCAR tərəfindən çıxarılıb.

2014-cü ilin I yarısında SOCAR 3 mlrd. 821,4 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,2% çoxdur.

I yarımillikdə Azərbaycan üzrə qaz hasilatının həcmi 15 mlrd. 390,7 mln. kubmetr təşkil edib (azalma 2,4%).

Daha əvvəl SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilib ki, 2014-cü ildə Azərbaycanda qaz hasilatı 28,8 mlrd. kubmetr həcmində proqnozlaşdırılır ki, bunun da 7 mlrd. kubmetri SOCAR-ın payına düşəcək.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 29 mlrd. 450,6 mln. kubmetr qaz hasil edilib və bunun 7 mlrd. 139,7 mln. kubmetri SOCAR-ın payına düşüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri