24 
İyl
2014
12:23
55
9
5731
Virtual karabakh

Bakı metrosu ilə bağlı günün 3-cü xəbəri

24 İyl, 2014
12:23
5731

Bakı metrosu ilə bağlı günün 3-cü xəbəri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşçi tutuldu.

Bakıda axtarışda olan şəxs tutulub.

Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1971-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi-19, mənzil 31-də pasport qeydiyyatında olan, Abşeron rayonunda yaşayan “Bakı Metropoliteni” QSC-də stansiya növbətçisi işləyən, 1971-ci il təvəllüdlü Seymur Eldar oğlu Məhərrəmov tutularaq Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təhvil verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri