24 
İyl
2014
14:02
58
4
2633
Virtual karabakh

8 ildə Belarusdan aldığımız silahların – STATİSTİKASI

24 İyl, 2014
14:02
2633

8 ildə Belarusdan aldığımız silahların – STATİSTİKASI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ölkədən aldığımız “Buk” sistemləri siyahıda göstərilməyib.

Belarus 2004-2012-ci illərdə Azərbaycana 153 ədəd döyüş tankı satıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT Adi Silahlar Registrində bildirilib.

Registrə təqdim olunmuş məlumatlara görə, rəsmi Minsk Azərbaycana T-72 tanklarının müxtəlif modifikasiyaların satıb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana 132 ədəd artilleriya sisteminin satışı gerçəkləşdirilib ki, bunun da 120 ədədini D-30 topları, 12 ədədini isə 2S7 “Pion” özüyeriyən haubitsaları təşkil edib.

Hesabat dövründə Azərbaycan Belarusdan həmçinin 60 ədəd BTR-70 zirehli transportyoru, 11 ədəd Su-25 döyüş təyyarəsi alıb.

Qeyd edək ki, hesabatda 2013-cü ildə Bakıda hərbi parada nümayiş olunmuş, Belarusdan satın alınan “Buk-MB” zenit-raket kompleksləri barədə məlumat yer almayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri