24 
İyl
2014
14:35
1
1
414
Virtual karabakh

Nazirlik 66 min manat məbləğində cərimə tətbiq edib

24 İyl, 2014
14:35
414

Nazirlik 66 min manat məbləğində cərimə tətbiq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9 iş göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 49 iş üzrə 66095 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 96261.39 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 187 iş üzrə 30907.5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 25, məhkəmələrə isə 3 iş göndərilib.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri