24 
İyl
2014
15:43
35
4
1666
Virtual karabakh

Xəbərdarlıqsız su təchizatının dayandırılmasına qadağa qoyulub

24 İyl, 2014
15:43
1666

Xəbərdarlıqsız su təchizatının dayandırılmasına qadağa qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sudan istifadəyə görə yeni qaydalar müəyyən edilib.

Azərbaycan Nazirlər Kabineti “Sudan istifadə Qaydaları”nı təsdiq edib.

Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Qaydalara əsasən, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) onun təqsiri üzündən baş verən hadisələr istisna olmaqla, su magistral kəmərindən istehlakçının paylayıcı şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin dəyişməsinə görə məsuliyyət daşımır.

Texniki su kəməri şəbəkəsi ilə əhatə olunmamış ərazilərdə içməli sudan texnoloji proseslərdə (yaşıllıqların suvarılması, avadanlığın soyudulması, nəqliyyat vasitələrinin yuyulması, beton qarışıqlarının hazırlanması və s.) istifadə edilməsinə yalnız istehlakçının müraciətinə əsasən texniki şərtlərə uyğun olaraq STKM-in icazəsi ilə yol verilir.

Yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır.

Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır.

Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 iş günü müddətində STKM tərəfindən həyata keçirilir.

İstifadə olunan suyun və axıdılan tullantı sularının dəyəri bank, poçt, internet və ya POS-terminal vasitəsilə ödənilir.

Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.

Birləşdirici kanalizasiya qolları yalnız STKM tərəfindən təmizlənməlidir. Bununla əlaqədar birləşdirici kanalizasiya qolları tutulduqda, istehlakçı bu barədə dərhal STKM-ə məlumat verməlidir. STKM tərəfindən balansında olmayan kanalizasiya şəbəkələrinin təmizlənməsi və təmiri üzrə sifariş əsasında yerinə yetirilən işlərə görə istehlakçılar STKM-in təqdim etdiyi hesab üzrə vəsait ödəməlidirlər. (Trend)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri