24 
İyl
2014
16:13
109
22
14466
Virtual karabakh

“NAZ-Lifan”ların istehsalı ilə bağlı – AÇIQLAMA

24 İyl, 2014
16:13
14466

“NAZ-Lifan”ların istehsalı ilə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvar ayından müəssisədə 1300-dən çox avtomobil yığılıb.

Naxçıvan Avtomobil Zavodunun Gəncədə, Şəkidə, Lənkəranda və Xaçmazda avtosalonları açılacaq.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, 2010-cu ildə zavodda 489 avtomobil istehsal olunubsa, 2013-cü ildə bu rəqəm 576-ya çatıb. Bu ilin yanvar ayından isə müəssisədə 1300-dən çox avtomobil yığılıb, ilin sonuna kimi bu rəqəmin 2000 ədədə çatdırılması nəzərdə tutulub, zavoddan bildirilib.

Hazırda müəssisədə 9 modeldə avtomobil (xetçbektipli “NAZ-Lifan-320” və “NAZ-Lifan-330”, sedantipli “NAZ-Lifan-620”, “NAZ-Lifan-630” və “NAZ-Lifan-720”, krossovertipli “NAZ-Lifan X-60”, yük-bortlu “NAZ-Lifan LF­-­1­­­­­022”, yük-furqonlu “NAZ-Lifan LF-5028” və mikroavtobus (1+6 nəfər) “NAZ-Lifan LF-6401”) istehsal olunmaqdadır.

Avtomobillərin qiymətləri isə modeldən və komplektasiyadan asılı olaraq, 7500 manatdan 15700 manat arasında dəyişir.

Bazara nağd pulla və köçürmə yolu ilə təklif edilən bu avtomobilləri Naxçıvan Muxtar Respublikasının sakinləri qiymətinə əlavə faiz hesablanmadan dəyəri hissə-hissə ödənilməklə də əldə edə bilərlər.

Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış və servis mərkəzləri fəaliyyət göstərir. Tezliklə Gəncə, Şəki, Lənkəran və Xaçmaz şəhərlərində də avtosalonların açılması nəzərdə tutulur. Avtomobillərin xarici ölkələrə ixracı istiqamətində də iş aparılır. Cari ilin sonuna qədər avtomobillərin ixracına nail olunması planlaşdırılır.

Birnövbəli iş rejimində illik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodu Çinin “Chongqing Lifan İndustry” şirkəti ilə birgə fəaliyyət göstərir. Müəssisənin işə salınması üçün buraya ilkin olaraq 3,5 milyon manat həcmində investisiya yatırılıb. Müəssisədə 58 nəfər daimi işlə təmin edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri