24 
İyl
2014
17:41
20
9
1128
Virtual karabakh

“Çilov” yatağında dəniz özülünün tikintisi davam etdirilir

24 İyl, 2014
17:41
1128

“Çilov” yatağında dəniz özülünün tikintisi davam etdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stasionar dəniz platforması iki hissədən ibarətdir.

SOCAR-ın “Neftqaztikinti” tresti neft hasilatı məqsədilə “28 May” NQÇİ tərəfindən işlənilən “Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulmuş 112 saylı stasionar dəniz özülünün tikintisi üzrə işləri uğurla davam etdirir.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, stasionar dəniz platforması iki hissədən - istehsalat və yaşayış sahələrindən ibarətdir.

Ümumi sahəsi 1920 kvadratmetr təşkil edən istehsalat hissəsi beş dayaq blokundan ibarətdir. Gəmilərin yanalmasını təmin etmək üçün üç tərəfdə minik və yanalma meydançaları tikilib.

“600 kvadratmetrlik yaşayış sahəsi isə iki dayaq blokundan ibarətdir. İstehsalat və yaşayış sahələri hər birinin uzunluğu 33 metr olan iki piyada körpüsü vasitəsilə əlaqələndirilib. Yaşayış hissəsinın şərq və qərb tərəfində minik meydançaları tikilib. Sahə qəza vaxtı işçilərin evakuasiyasını təşkil etmək üşün 42 yerlik xilasedici qayıqla təmin olunub. “Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 112 saylı stasionar dəniz özülünün yaxın vaxtlarda istismara təhvil verilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

Tikinti-quraşdırma işləri “Neftqaztikinti” trestinin 8 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri